Muradına çatan Murad Məmmədov. Bakıda şəhidin xatirə lövhəsinin açılışı olub


Digərləri 27 Sen 2021 13:04:00 101 0

Muradına çatan Murad Məmmədov. Bakıda şəhidin xatirə lövhəsinin açılışı olub

44 günlük Vətən müharibəmizin il dönümünə sayılı günlər qalarkan daha bir şəhidimiz Məmmədov Murad Elşən oğlunun yaşadığı Nizami rayonunda xatirə kompleksinin açılışı keçirildi.

Son.az Real TV-yə istinadən bildirir ki, açılışda rayon icra nümayəndəliyi, şəhid ailələri, rayon ictimaiyyəti iştirak etdilər.

Məktəblilər şerirlər səsləndirdi. Xatirə lövhəsi önünə əklillər qoyuldu, Muradın timsalında bütün şəhidlərin ruhuna dualar oxundu.