Şahzadə yeni telekanal açıb


Digərləri 27 Sen 2021 11:28:00 125 0

Şahzadə yeni telekanal açıb

Britaniya şahzadəsi Çarlz iqlim dəyişikliklərinə həsr edilmiş yeni telekanal açıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, RE:TV telekanalı "Amazon Prime" ilə əməkdaşlıq sazişi çərçivəsində fəaliyyətə başlayıb.

Kral ailəsinin üzvü bəyan edib ki, o, insanların diqqətini mövcud iqlim problemlərinə yönəltmək üçün ömrünün xeyli hissəsini sərf edib.

O, Britaniya sakinlərini qlobal miqyaslı məsələyə daha həssas yanaşmağa çağırıb.