Kanadada 148 illik kilsəni məscidə çevirdilər


Digərləri 27 Sen 2021 11:10:00 102 0

Kanadada 148 illik kilsəni məscidə çevirdilər

Kanadanın Toronto şəhəri ətrafında yaşayan uyğurlar ərazidəki istifadə edilməyən kilsələrdən birini 610 min Kanada dolları müqabilində satın alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, icma nümayəndələri 148 illik kilsəni məscidə çeviriblər.

1873-cü ildə inşa edilmiş Mont Karmel kilsəsi artıq Kanada Uyğur Tükrləri İslam və Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərir.

Mərkəzin rəhbəri Etibar Artış bildirib ki, məscid-mərkəzin açılmasında məqsəd uyğurların qərb mədəniyyətinin təsiri altında assimilyasiyasının qarşısını almaq, həmçinin milli mənəvi dəyərləri və mədəniyyəti yaşatmaqdır.