Prezident İlham Əliyev: 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq


Siyasət 27 Sen 2021 10:26:00 214 0

Prezident İlham Əliyev: 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq

44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı deyib.

Dövlət başçısı bildirib:

"Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq - öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, - geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi".

Son.az