Tanınmış tennisçi 40a çatdı


Digərləri 27 Sen 2021 10:04:00 100 0

Tanınmış tennisçi 40a çatdı

Tanınmış tennis ustası Serena Uilyamsın 40 yaşı tamam olub.

Amerikalı idmançı karyerası ərzində 23 dəfə "Böyük dəbilqə" seriyalı turnirlərin qalibi olub. Bu göstəricidə o yalnız avstriyalı Marqaret Kortdan cəmi bir titul geri qalır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Serena dörd "Böyük dəbilqə"ni iki dəfə ardıcıl qazanan nadir tennisçilərdəndir. Yalnız almaniyalı Ştefi Qraf üç dəfə böyük dördlüyün ardıcıl şəkildə qalibi olmağı bacarıb.

Uilyamsın kolleksiyasında dörd Olimpiya qızılı da var. Onlardan biri tək, qalanları isə cütlüklərin yarışlarında əldə olunub