Məşhur “Qaya” ansamblının İsraildə yaşayan üzvü vəfat etdi


Şou-biznes 27 Sen 2021 09:28:00 218 0

Məşhur “Qaya” ansamblının İsraildə yaşayan üzvü vəfat etdi

Azərbaycanın məşhur "Qaya" ansamblının İsraildə yaşayan üzvü, Xalq artisti Teymur Mirzəyev sentyabrın 26-da dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun rəhbəri Kamil şahverdi bildirib. Beləliklə "Qaya" ansamblının dördüncü uzvü də haqq dünyasına qovuşub.

1961-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc - Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşür. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. "Qaya" vokal ansamblı 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərib. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa edib.

T.Mirzəyev 1961-ci ildə "Qaya" ansamblının bədii rəhbəri və solisti olmuşdu.  Allah rəhmət eləsin...