Kosmetoloji prosedurdan sonra karyerasına son qoydu


Şou-biznes 24 Sen 2021 16:58:00 108 0

Kosmetoloji prosedurdan sonra karyerasına son qoydu

İtalyan əsilli kanadalı model, 1990-cı illərin supermodellərindən biri Linda Yevagelista model biznesindən gedişinin səbəbini açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 56 yaşlı Yevangelista instaqram sosial şəbəkəsindəki səhifəsində emosional paylaşım edib və kosmetoloji prosedur zamanı eybəcər hala salındığını etiraf edib. Supermodelin sözlərinə görə, nadir yan təsir səbəbindən onun üzü deformasiyaya uğrayıb.

Yevangelista bədənindəki piy toxumalarından qurtulmaq üçün əməliyyatsız, soyuq hava təsiri ilə həyata keçirilən "CoolSculpting" proseduruna əl atıb, amma nəticədə prosedur nadir yan təsirə gətirib çıxarıb - yağ toxumaları azalmaq əvəzinə çoxalmağa başlayıb.

Supermodel qeyd edir ki, məhz elə bu, onun həmyaşıdlarının karyerasının çiçəklənməyə davam etdiyi vaxtda işləməməsinə səbəb olub.

L. Yevangelista, həmçinin iki dəfə ağrılı, lakin uğursuz korreksiya əməliyyatı keçirib ki, bu da heç bir nəticəyə verməyib.