Mədəniyyət Nazirliyi abidələrin ucaldılması ilə bağlı məlumat yaydı


Kriminal 24 Sen 2021 15:28:00 109 0

Mədəniyyət Nazirliyi abidələrin ucaldılması ilə bağlı məlumat yaydı

İctimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir

Bu barədə Mədəniyyət Nazirliyi heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı ilə bağlı yaydığı məlumatda əks olunub.

Məlumatda bildirilib ki, heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır.

Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.

Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.

Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir.

Məşhur aşpazın toyunda aləm qarışdı: Pirotexniki vasitə gəlinin paltarına düşdü like
  • 24 Sen 15:22  
Şou-biznes Məşhur aşpazın toyunda aləm qarışdı: Pirotexniki vasitə gəlinin paltarına düşdü

Türkiyənin məşhur aşpazı Arda Türkmenin sosial media fenomeni Melodi Erbi

arrow Ətraflı
Artıq "BakıKart"a onlayn balans yükləmək mümkündür  VİDEO like
  • 24 Sen 15:18  
Digərləri Artıq "BakıKart"a onlayn balans yükləmək mümkündür VİDEO

"BakıKart"ın balansını onlayn artırmaq mümkün oldu.

arrow Ətraflı
Prezident İlham Əliyev BMTdəki çıxışı ilə erməni faşizmini bir daha ifşa etdi  Komitə sədri like
  • 24 Sen 15:16  
Siyasət Prezident İlham Əliyev BMTdəki çıxışı ilə erməni faşizmini bir daha ifşa etdi Komitə sədri

Prezident İlham Əliyev BMT-nin Baş Assableyasının 76-cı sesiyasında həm

arrow Ətraflı
İcazəsiz Kəlbəcərə getmək istədi like
  • 24 Sen 15:10  
Digərləri İcazəsiz Kəlbəcərə getmək istədi

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin mi

arrow Ətraflı
“Qırmızı ürəklər”in saytı təqdim edildi like
  • 24 Sen 15:00  
Digərləri “Qırmızı ürəklər”in saytı təqdim edildi

"Qırmızı ürəklər" ("Red Hearts") Xeyriyyə Fondunun r

arrow Ətraflı
Beynəlxalq ekspertlər erməni vandalizmi barədə təşkilatlara hesabat göndərəcək like
  • 24 Sen 14:56  
Siyasət Beynəlxalq ekspertlər erməni vandalizmi barədə təşkilatlara hesabat göndərəcək

Erməni vandalizmi beynəlxalq ekspertlər tərəfindən fotofaktlarla, videolar

arrow Ətraflı
"Ata, lüt fotolarım üçün üzr istəyirəm, bu dəbdir" like
  • 24 Sen 14:53  
Şou-biznes "Ata, lüt fotolarım üçün üzr istəyirəm, bu dəbdir"

Amerikalı aktrisa və model Amelia Hamlin ictimaiyyət qarşısına çıxaraq a

arrow Ətraflı
Körpənin olduğu arabanı əzib keçdi like
  • 24 Sen 14:47  
Digərləri Körpənin olduğu arabanı əzib keçdi

Moskvada velosipedlə yemək daşıyan şəxs körpə arabasını vuraraq keçib

arrow Ətraflı
Məşhur "oğru"ya ŞOK İTTİHAM: like
  • 24 Sen 14:44  
Dünya Məşhur "oğru"ya ŞOK İTTİHAM:

Çeçen əsilli "qanuni oğru" Əhməd Şalinski (Dombayev) 150 milyon

arrow Ətraflı
Müğənnini övladını bədənini sataraq pul qazanmağa sövq etməkdə ittiham etdilər like
  • 24 Sen 14:41  
Şou-biznes Müğənnini övladını bədənini sataraq pul qazanmağa sövq etməkdə ittiham etdilər

Amerikalı pop müğənni Madonnanın qızı, model Leon Lourdes paylaşdığı

arrow Ətraflı
Meqanın 400 minlik aksesuarları like
  • 24 Sen 14:38  
Şou-biznes Meqanın 400 minlik aksesuarları

Şahzadə Harri ilə həyat yoldaşı, aktrisa Meqan Markl qızları Lilibet dü

arrow Ətraflı
Pomidor nə üçün kəskin bahalaşıb? like
  • 24 Sen 14:32  
Digərləri Pomidor nə üçün kəskin bahalaşıb?

Paytaxt bazarlarında pomidorun qiyməti bahalaşıb. Aidiyyatı qurumlar bu art

arrow Ətraflı