Pomidor nə üçün kəskin bahalaşıb?


Digərləri 24 Sen 2021 14:32:00 193 0

Pomidor nə üçün kəskin bahalaşıb?

Paytaxt bazarlarında pomidorun qiyməti bahalaşıb. Aidiyyatı qurumlar bu artımın tələb və təkliflə əlaqəli olduğunu bildirir

Son.az Xəzər TV-yə istinadən bildirir ki, Bakıda pomidorun qiyməti bahalaşıb. Hələ açıq sahələrdən yığımı yekunlaşmayan bu tərəvəzin yerində qiyməti çox ucuz, paytaxtda isə bahadır. 

Bəli, Bakıda topdansatışda 32 kiloqramlıq yeşiyi 50 manata satılan pomidor rayonlarda eyni çəkidə 20 manata satılır.

Ekspertlər isə hesab edir ki,bu artımın əsas səbəbi pamidor ixracının artmasıdır.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilib ki, bazarlardakı qiymətlər tələb və təklifdən asılı olaraq dəyişir. Satıcılar qiymətlərin önümüzdəki günlərdə sabitləşəcəyini deyir.