Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalov


Digərləri 24 Sen 2021 12:38:00 80 0

Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalov

Vətən müharibəsində canı və qanı ilə tarix yazmış qəhrəmanlarımızı tanıtdırmağa davam edirik. Sıradakı qəhrəmanımız kəşfiyyatçı kimi döyüşlərə qatılan, müharibənin son gününə qədər döyüşən Fəqan Zalovdur. O, ötən il noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra 6 medalla təltif edilib. 

44 günlük vətən müharibəsində parlaq qələbənin əldə edilməsində onun da payı var. İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda canını fəda edərək şəhadətə ucaldı. Söhbət əslən Füzuli rayonundan olan, 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın çadır şəhərciyində anadan olmuş Fəqan Zalovdan gedir.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, Fəqan orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Qəhrəmanımız 2016-ci ilin aprel döyüşlərində artileriya qoşunlarının tərkibində müharibədə iştirak edib. 2017-ci ildə xidmətini başa vuran Fəqanın vətənə olan sevgisi onu yenidən bu sahəyə qayıtmağa sövq edib. Həmin ildən Hərbi Dəniz Qüvvələrində  xidmətə başlayan qəhrəmanımız Vətən müharibəsi başlayanda hərbi hissənin tərkibində kəşfiyyatçı kimi döyüşlərə qatılıb. 

Şəhid kəşfiyyatçımız Cəbrayıl rayonunun Soltanlı, Maralyan, Əmirvarlı, Şükürbəyli kəndlərinin və bir çox yüksəkliklərin düşməndən azad olunmasında böyük şücaət gösdərib.