ABŞ onları da Quantanamoya göndərir?


Dünya 24 Sen 2021 11:08:00 180 0

ABŞ onları da Quantanamoya göndərir?

ABŞ rəhbərliyi Haitidən olan mühacirləri Quantanamo həbsxanasına köçürməyi planlaşdırmır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki danışıb.

"Bunu etməyəcəyik, bu istiqamətdə heç bir plan olmayıb", - Psaki söyləyib.

Qeyd edək ki, son günlər ABŞ-ın cənubunda haitili miqrantların polis tərəfindən təzyiqlərə məruz qaldığı barədə məlumatlar yayılır.