Uill Smitin 42 milyonluq malikanəsində yanğın


Şou-biznes 24 Sen 2021 10:32:00 95 0

Uill Smitin 42 milyonluq malikanəsində yanğın

Hollivud ulduzu Uill Smitin Kaliforniyadakı 42 milyon dollarlıq malikanəsində yanğın baş verib. 

Son.az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun 36 hektar ərazisi olan villasının yaxınlığında baş verən yanğın onun da evinə keçib. Hadisə yerinə yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Aktyor və həyat yoldaşı hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.