12 yaşlı oğlan atasına məhkəmədə qalib gəldi


Digərləri 24 Sen 2021 10:20:00 131 0

12 yaşlı oğlan atasına məhkəmədə qalib gəldi

Niderlandda 12 yaşlı oğlan koronavirusa qarşı peyvənd olunmasına icazə verməyən atasını məhkəməyə verərək istədiyinə nail olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Qroningen şəhər məhkəməsi azyaşlının xeyrinə qərar qəbul edib.

Sənəddə uşağın mənafeyi nəzərə alınaraq, atanın bu işdə övladına maneə törədə bilməyəcəyi qeyd edilib. Həmçinin, COVID vaksini faydalarının onun risklərindən daha çox olduğu bildirilib.

Qeyd edək ki, Niderlandda azyaşlıların vaksinasiyası üçün hər iki valideynin icazəsi tələb olunur.