Bu da Rövşən Lənkəranskinin “xaç oğlu”


Kriminal 24 Sen 2021 09:38:00 222 0

Bu da Rövşən Lənkəranskinin “xaç oğlu”

Kriminal aləmdə atasının yolunu gedən oğullar da var.

Bunlardan biri də azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Zaur Naxçıvanski" kimi tanınan Zaur Bayram oğlu Şipilovdur.

1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan 36 yaşlı Zaur, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.

Zaur Naxçıvanski Rövşən Lənkəranskinin "xaç oğlu" kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyük rol oynayıb.

Zauru "tac"landıran da məhz Rövşən Canıyev olub. Bu, 2013-cü ildə Türkiyədə keçirilən "sxodka"da baş verib. 27 yaşında "qanuni oğru" adını alan Zaur Şipilov "Zaur Naxçıvanski" kimi tanınmağa başlayır. Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu "oğru" kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan "Culfalı Bayram"ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub.