İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyinə razılıq verməyib ABŞ Dövlət katibi


Dünya 24 Sen 2021 09:00:00 174 0

İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyinə razılıq verməyib  ABŞ Dövlət katibi

İranın yeni hakimiyyəti Birgə Hərtərəfli Fəaliyyəti Planının bərpası ilə bağlı Vyanada danışıqları yenidən başlamasına hazır olub-olmadığını hələ açıqlamayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda mətbuat konfransı zamanı bildirib.

E.Blinken deyib: "İran hələ də Vyanadakı danışıqlara qayıtmağına razılıq verməyib".

Dövlət katibi əlavə edib ki, ABŞ öz növbəsində bu danışıqlara hazırdır, lakin bu hazırlığın zamanla məhdudlaşacağını bir daha xəbərdar edib.