Ölkənin 70 faizi fasiləsiz içməli su ilə təmin edilib Azərsu


Digərləri 24 Sen 2021 08:42:00 133 0

Ölkənin 70 faizi fasiləsiz içməli su ilə təmin edilib  Azərsu

Hazırda Azərbaycanın 70 faizi fasiləsiz içməli su ilə təmin edilib.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər ərazilərin içməli su ilə fasiləsiz təminatı ilə bağlı tədbirlər görülür: "Bakı şəhərinin isə artıq 86 faizi fasiləsiz içməli su ilə təmin edilib".