Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var FOTO


Digərləri 24 Sen 2021 08:16:00 137 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var  FOTO

Bakının Nizami rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, Bakı sakini 26 yaşlı Vahid Zahid oğlu Sadıqov idarə etdiyi "Saipa" markalı avtomobillə Qara Qarayev prospektində köməkçi yolla metronun Koroğlu stansiyası istiqamətində hərəkətdə olan zaman 54 yaşlı Namiq Salman oğlu Abdullayevin idarəetməsində olan "Renault" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan hər iki sürücü xəstəxanaya aparılıb.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları baxış keçirib.

Faktla bağlı araşdırma aparılır.