Elbrus dağında 5 alpinist həlak olub


Dünya 24 Sen 2021 08:07:00 110 0

Elbrus dağında 5 alpinist həlak olub

Rusiyada Elbrus dağında (Kabardino-Balkariya Respublikası) qalan 14 alpinisti xilas edilib, 5 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Bildirilib ki, Elbrus dağında bir qrup alpinistin axtarış-xilasetmə əməliyyatı zamanı 14 nəfəri xilas etmək mümkün olub, onlar xəstəxanaya yerləşdirilib: "Təəssüf ki, beş nəfər həlak olub".