Abşeronda yol qəzası baş verib, ölən var FOTO


Digərləri 24 Sen 2021 07:58:00 128 0

Abşeronda yol qəzası baş verib, ölən var  FOTO

Masazır qəsəbəsində motosiklet avtomobilə çırpılıb.

Son.az APA-ya istinadən bildirir ki, Əliağa Vahid küçəsində Elçin İbrahimov idarə etdiyi "Lada" markalı avtomobillə yaşadığı küçəyə dönmək istəyib.

Bu zaman motosikletin sürücüsü yüksək sürətlə avtomobilə çırpılıb. Motosikletin sürücüsü aldığı xəsarətlərdən ölüb.

Sürücü E.İbrahimov verdiyi məlumata görə, motosikletin sürücüsünün dəbilqəsi olmayıb. Bundan əlavə, motosikletin heç bir işıq sistemi olmayıb. Hadisə şahidləri də sürücünün dediklərini təsdiqləyib.

Avtoqəzanın baş verdiyi əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü E.İbrahimov saxlanılıb. Ölən hələlik şəxsiyyəti məlum olmayan motosikletin sürücüsünün meyiti morqa təhvil verilib.