ABŞ "Dəmir Qübbə" raketdən müdafiə sistemi raketlərinin alınması üçün İsrailə yardım göstərəcək


Dünya 24 Sen 2021 07:21:00 110 0

ABŞ "Dəmir Qübbə" raketdən müdafiə sistemi raketlərinin alınması üçün İsrailə yardım göstərəcək

ABŞ Nümayəndələr Palatası "Dəmir Qübbə" raketdən müdafiə sistemi üçün lazım olan raketlərin alınmasına İsrailə yardım göstərmək üçün qanun layihəsini təsdiqlədi.

Trend-in məlumatına görə, bu barədə The Hill nəşri xəbər verib.

Bildirilib ki, layihəyə əsasən, İsrailə 1 milyard dollar məbləğində maddi yardım göstəriləcək.

Məlumata əsasən, 420 konqresmen qanun layihəsini dəstəkləyib, 9-u əleyhinə çıxış edib.