Polis əməkdaşı ilə sevgilisinin cəsədi tapıldı


Digərləri 24 Sen 2021 04:47:00 128 0

Polis əməkdaşı ilə sevgilisinin cəsədi tapıldı

Moskva yaxınlığındakı Krasnoqorsk adlı ərazidəki evlərdən birində polis və sevgilisinin cəsədləri tapılıb.

Son.az xəbər verir ki, bu barədə "MK: Son Xəbərlər" telegram kanalı məlumat yayıb. İlkin məlumatlara görə, "aşiq-məşuq" narkotik maddələrin həddindən artıq dozasının qəbulundan ölüb. 24 yaşlı polis paytaxt polisində xidmət edirmiş.

Bir müddət əvvəl Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Moskvanın mərkəzində bir mənzildə ölü tapılmışdı. İlkin məlumatlara görə, yüksək rütbəli təqaüdçü intihar edib.