Günün qoroskopu: izafi diqqət cəlb etməyin


Digərləri 24 Sen 2021 00:01:00 126 0

Günün qoroskopu: izafi diqqət cəlb etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - kommersiya fəaliyyəti üçün yaxşı gündür. Anlaşmalar və müqavilələr sərfəli olacaq. Ticari əməliyyatlar effektiv nəticələr verəcək. Yeni biznes-ideyalar pis alınmayacaq. Həmin ideyalardan bəzilərini reallaşdırmaqda dəstək və yardım alacaqsınız.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla ünsiyyətdə diqqətli və qayğıkeş olun. Yaxınlarınız, dostlarınız və ya tanışlarınızdan biri ümidləri doğrultmayacaq.

Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Buğa - yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların davranışlarının, əməllərinin səbəb və motivlərini araşdırın. Ən qəribə qərarların trivial səbəbləri var.

Əvvəllər kəsilmiş əlaqələrin və pozulmuş münasibətlərin bərpası üçün əlverişli zamandır. İnsanlarla manipulyasiya etməyin. Etibardan sui-istifadə etməyin. Səmimi olmağa can atın.

Günün ikinci yarısında gəlirlər istisna deyil. Gəlir mənbələri gözlənilməz olacaq. Bahalı hədiyyə ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Uzaqdan gəlmiş insanlarla təmaslarda mövqelərinizdən geri çəkilməyin.

Əkizlər - ciddi səhvlərə yol verməyin. Yanlışlıqların fəsadları ağır ola bilər. Sərt tənqid obyektinə dönəcəksiniz. Hər şeyə rəğmən əhvalınızı pozmayın.

Çoxdan bəri birlikdə çalışdığınız tərəfdaşınız yeni layihəni təqdim edəcək. Dostlar da işlərinizlə maraqlanacaqlar. İdeyalarınızın hamısını açıqlamayın. Bələd olmadığınız insanlarla sirlərinizi bölüşməyin.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Saatlar keçdikcə vəziyyət normallaşmağa başlayacaq.

Bütün diqqəti ciddi işlərə yönəldin. Başladığınız işləri başa çatdırın. Gözlədiyiniz mükafatı ala bilərsiniz. İşləri bitirməyə can atmayın. Belə davranış yalnız ifrat yorğunluğa səbəb olacaq.

Xərçəng - günün ilk yarısında ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Yaxınlarınızın rəğbətini qazana bilərsiniz. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə həssas olun. Nüfuzlu insanlarla təmaslar işgüzar fəaliyyət baxımından maraqlı ola bilər. Şəxsi münasibətlərdə dəyişikliklər istisna deyil.

Günün ikinci yarısında mühüm görüşü qeyri-formal şəraitdə keçirmək olar.

Axşam saatlarına yaxın gəzintiyə və ya səfərə yollanmaq olar. Ailə üzvləri ilə səmimi və qayğıkeş olun. Sevdiyiniz insana vaxt ayırın.

Maraqlı tanışlıqlar ola bilər.

Şir - diqqətli və sayıq olun. Etibarlı olduğunu indiyədək dəfələrlə göstərmiş insanlarla çalışın. Belələrinə inanmaq olar. Rəqib və ya bədxahların məkrli intriqalarının qurbanına çevrilməyin. Ciddi maliyyə itkiləri ola bilər. İş yerini dəyişmək, yeni səlahiyyətlərin icrasına başlamaq məsləhət deyil.

Günün ikinci yarısında aktiv olun. Məsləhət üçün təcrübəli insanlara müraciət edə bilərsiniz. Həddən artıq sayıq, sərvaxt olun. Aşkar və qaçılmaz təsir bağışlayan qərarlar əslində yanlışdır.

Yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları, ixtilaflar istisna deyil. Səy göstərsəniz, ciddi münaqişələrdən yayınmaq mümkündür. Səbr və sakitlik ən yaxşı müttəfiqləriniz olacaq.  

Qız - uğurlu və yaxşı gündür. İndiyədək yerinə yetirməyə cəsarət etmədiyiniz işin öhdəsindən gələcəksiniz. Ən ağır problemi sürətlə həll edə bilərsiniz. İşgüzar tərəfdaşlar və həmkarların dəstəyi çox önəmlidir. Yeni layihə ilə bağlı prosesdə etibarlı müttəfiq və hətta dost olacaq insanla tanış ola bilərsiniz.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yaxınlarınızla səmimi münasibətlərdə olun. Axşam saatlarında ailə üzvləri ilə gəzintiyə yollana bilərsiniz. Axşam saatlarında başlanacaq münasibətlər bir müddət sonra ciddi əlaqəyə çevrilə bilər.