Ağciyərlərin hava sahələrinin genişlənməsi


Digərləri 23 Sen 2021 23:50:00 145 0

Ağciyərlərin hava sahələrinin genişlənməsi

Bu alveol və respirator yolların, ağciyərlərin damar sisteminin reduksiyası olmadan genişlənməsi ilə şərtlənən involyutiv və ya qocalıq emfizemasıdır. Belə emfizema (genişlənmə) bronxoobstruktiv sindrom, hipoksiya və hiperkapniya ilə müşayiət olunmur. Hipertrofik genişlənmə pulmoektomiyadan sonra baş verir və ağciyərin həcminin böyüməsi ilə xarakterizə olunur. Ağciyərlərin kəskin genişlənməsi isə aşağıdakı hallarda baş verir: - yad cismin aspirasiyasında - suda boğulma zamanı bronxial astma tutması baş verdikdə - kəskin fiziki gərginlikdə qayıdan kompensator reaksiya zamanı. Əgər sadalanan vəziyyətlər tez aradan qalxmazsa, proses patoloji vəziyyətə keçə bilər. Müalicə: Ağciyərlərin genişlənməsinin spesifik bir müalicəsi yoxdur. Genişlənməni aradan qaldırmaq üçün onu əmələ gətirən səbəbi aradan qaldırmaq lazımdır. Müalicə zamanı bronxgenəldici vasitələrdən və qlükokortikoidlərdən istifadə edilir. Lazım gələrsə ağciyərlərin emfizeması zamanı cərrahi yolla ağciyərlərin həcmi kiçildilir. Bu zaman ağciyərin periferik hissələrinin rezeksiyası tətbiq edilir. Adətən bu əməliyyatdan 2 ay sonra ağciyərlərin funksional vəziyyəti həqiqi yaxşılaşır. Bu metod inkişaf etmiş ölkələrdə kəskin ifadə olunmuş emfizemalı xəstələrin 20%-də tətbiq edilir. Ağciyər emfizemasının fəsadları geridönməz tənəffüs və ağciyər -ürək çatışmazlığının inkişafına səbəb olur. Ağciyər emfizemasının tezliyini azaltmaq məqsədilə papirosçəkməni dayandırmaq, yeniyetmə və gənclərdə papirosçəkmənin qarşısını almaq lazımdır. Ağciyərlərin və yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin qarşısının alınması, vaksinoprofilaktika da ağciyər genişlənməsinin qarşısını alan tədbirlərdəndir.