“Azərbaycan Opera İnciləri” təqdim edilib FOTO


Digərləri 23 Sen 2021 21:07:00 110 0

“Azərbaycan Opera İnciləri” təqdim edilib  FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Azərbaycan Opera İnciləri" filmi təqdim edilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.

"Azərbaycan Opera İnciləri" filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.

Filmdə Üzeyir Hacıbəylinin "Koroğlu", Əfrasiyab Bədəlbəylinin "Nizami", Müslüm Maqomayevin "Nərgiz", Reinhold Glierin "Şaxsənəm", Fikrət Əmirovun "Sevil" və Ramiz Mustafayevin "Vaqif" operalarından əsərlər təqdim edilib.