Azərbaycanda kompüter satışı 20 faizdən çox artıb


Digərləri 23 Sen 2021 21:08:00 117 0

Azərbaycanda kompüter satışı 20 faizdən çox artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərabycanda kompüter texnikası və elektron avadanlıq satışı ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artaraq 232,4 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanda yanvar-avqust aylarında istehsal olunmuş komputer texnikasının məbləği 138 milyon manata bərabər olub. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,95 faiz azdır.