Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldı


Dünya 23 Sen 2021 18:30:00 170 0

Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldı

Bir neçə aydır axtarışda olan Zəngəzur vilayətinin qubernatorunun oğlu könüllü şəkildə polisə təslim olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Shamshyan" yayıb. Bildirilir ki, vilayətin qubernatoru Melikset Poqosyanın 33 yaşlı oğlu Karen Poqosyan cari ilin iyul ayının 21-dən Gorus polisi tərəfindən axtarışda idi. Belə ki, Karen Poqosyan adam öldürməyə cəhddə və qanunsuz silah saxlamaqda təqsirli bilinir. Hazırda K.Poqosyan Ermənistanın Ədliyyə Nazirliyinin "Armavir" cəzaçəkmə müəssisəsinə köçürülüb.