Ağdamda İran nümayəndə heyətinə erməni vandalizmi ilə bağlı fotofaktlar təqdim edilib FOTO
Siyasət 23 Sen 2021 16:42:00 116 0
İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpurun başçılıq etdiyi heyət və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun başçılıq etdiyi türkiyəli heyətlə birlikdə Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
Son.az Trend-ə istinadən bildirir ki, səfər çərçivəsində qonaqlara ermənilərin buradakı məscidlərdən ferma kimi istifadə edib, mal qara, donuz saxlamaları barədə məlumat və foto faktlar təqdim edilib. İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur Ağdam məscidində namaz qılıb.
Nümayəndə heyəti, eyni zamanda Ağdamda ermənilər tərəfindən törədilən vəhşiliklərlə yerində tanış olub.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Azərbaycan, İran və Türkiyə arasında araşdırmalar mərkəzlərinin rəhbərlərinin üçtərəfli iclasında iştirak etmək məqsədilə 21 sentyabrda Azərbaycana səfər edib. Səfər çərçivəsində iranlı rəsmi Azərbaycan rəsmiləri ilə də görüşlər keçirib.
Mənbə: milli.az