Akademik Musiqili Teatrı Gürcüstan teatrı ilə memorondum imzaladı


Kriminal 23 Sen 2021 16:50:00 166 0

Akademik Musiqili Teatrı Gürcüstan teatrı ilə memorondum imzaladı

Bu günlərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına  Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq memorandumu imzalanıb.

Memorandumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar  Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrın kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb. "Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq", - deyə teatrın direktoru Əliqismət Lalayev bildirib.