“Azərbaycan hərbçiləri Amaras məbədinə öz bayraqlarını sancdı”, amma…


Digərləri 23 Sen 2021 16:48:00 130 0

“Azərbaycan hərbçiləri Amaras məbədinə öz bayraqlarını sancdı”, amma…

Xəbər verdiyimiz kimi, erməni mənbələrinin yaydığı məlumata görə, sentyabrın 21-də Azərbaycan hərbçiləri Respublikamızın Xocavənd rayonunun Cütçü kəndi yaxınlığındakı qədim xristian türk babalarımıza məxsus olmuş  Amaras məbədi üzərindən separatçı erməni rejiminin əski parçasını yığışdırmağı tələb ediblər.

Hadisə yerinə gələn Rusiya sülhməramlılarının(?) adı çəkilməyən generalı isə Azərbaycanın hüquqi-inzibati ərazisindəki məbədimizin üzərinə separatçı rejimin əski parçası yerinə Ermənistan bayrağının asılmasını əmr edib.  

Son.az moderator.az-a istinadən xəbər verir ki, erməni mediasının yaydığı yeni məlumata görə, qondarma separatçı rejimin qanunsuz "qanunverici orqanı"nın  "Ədalət" fraksiyasının "deputat"ı sayılan Metaks Akopyan Ermənistanın "Factinfo" nəşrinə sentyabrın 21-də fraksiya həmsədri və üç "deputat"la birgə  bəhs edilən Cütçü kəndində olduğunu bildirib.

M. Akopyanın sözlərindən məlum olur ki,  erməni  sakinlər "GPS" köməyi ilə irəliləyən Azərbaycan hərbçilərinin əslində "sərhədi"  keçdiklərini və Amaras məbədi üzərindəki əski parçasının yerinə Azərbaycan bayrağı sancdıqlarını söyləyiblər.

Ermənilər rus sülhməramlılarına üz tutduqdan sonra guya onlar azərbaycanlıları əvvəlki mövqelərinə geri çəkilməyə vadar ediblər.

"Bunun azərbaycanlıların tələbi olub-olmadığını bilmirəm, amma Rusiya tərəfi Artsax bayrağını götürməyi və bu qədər vacibdirsə,  onun yerinə Ermənistan bayrağını  taxmağı təklif edib" -deyə erməni "deputat" əlavə edib.