Qubada alma yığımına başlanılıb


Digərləri 23 Sen 2021 14:42:00 110 0

Qubada alma yığımına başlanılıb

Məhsuldarlıq normal olsa da keyfiyyətli məhsul azlıq təşkil edir

Ağ alması ilə məşhur olan Quba bağlarında artıq bir neçə gündür kütləvi məhsul yığımına başlanılıb. Ötən illə müqayisədə bu il məhsuldarlıq normaldır lakin keyfiyyətli məhsul tapmaq çətindir. Buna səbəb isə həm hava şəraitinin quraq keçməsi həm də istilər nəticəsində bağlarda zərərvericilərin yayılmasıdır. Son.az Real TV-ə istinadən bildirir ki, fermerlər bildirir ki, bağlarda lazimi qaydada aqrotexniki qulluq işləri aparmalarına baxmayaraq kimyəvi dərman preparatları istənilən effekti verməyib. Nəticədə zərərvericilər meyvəyə ciddi ziyan vurub. Bu isə məhsulun qiymətini aşağı salıb. Keyfiyyətli meyvə az olsa da məhsulun alıcılıq qabiyyəti yüksəkdir. Artıq soyuducu anbarlarda meyvə qəbuluna başlanılıb. Hazırda birinci növ almanın bir kiloqramı 50-60 qəpikdir. Qeyd edək ki, ötən il Qubada mövcud olan 14 min hektar alma bağından ümumilikdə 112 min ton məhsul tədarük olunub. Cari ildə isə məhsuldarlığın 100 min tontan artıq olacağı proqnozlaşdırılır.