Nazirlik market rəhbərliyi barədə prokurorluğa müraciət edib


Digərləri 23 Sen 2021 14:48:00 119 0

Nazirlik market rəhbərliyi barədə prokurorluğa müraciət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi ilə bağlı toplanmış sənədləri prokurorluğa göndərib.

Son.az Trend-ə istinadən bildirir ki, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadovun dediyinə görə, Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"İlkin araşdırma zamanı Oba marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib".

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.