Gürcüstanlı jurnalist və blogerlər Ağdama səfər ediblər


Siyasət 23 Sen 2021 14:09:00 266 0

Gürcüstanlı jurnalist və blogerlər Ağdama səfər ediblər

Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

Trend-in Qarabağ bürosunun məlumatına görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.