Gürcüstanda daha 47 nəfər COVID19dan ölüb


Digərləri 23 Sen 2021 12:12:00 94 0

Gürcüstanda daha 47 nəfər COVID19dan ölüb

Gürcüstanda son sutkada koronavirusa 1 653 yeni yoluxma halı təsdiqlənib, 2 646 nəfər müalicə olunaraq sağalıb, 47 pasiyent vəfat edib.

Son.az bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 602 065 nəfərdə aşkarlanıb. Onların 570 443-ü sağalıb, 8 711-i vəfat edib.

Bu günə olan aktiv xəstə sayı 22 885 nəfərdir.