Ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlanacaq


Siyasət 23 Sen 2021 10:57:00 120 0

Ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlanacaq

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu dövrdə törədilən insan hüquqları pozuntuları, o cümlədən mədəni, dini və digər hüquq pozuntuları barədə hesabat hazırlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı hesabat 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq.

H.Açıqgül vurğulayıb ki, bu gün komissiya üzvləri Azərbaycan rəsmiləri ilə görüşəcəklər, sabah isə azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Son.az