Burada sakinlər ölülərlə birgə yaşayırlar


Digərləri 23 Sen 2021 10:00:00 113 0

Burada sakinlər ölülərlə birgə yaşayırlar

Hər il antropoloqlar Anqa yerlilərinin məşhur hisə verilmiş mumiyalarını görmək üçün Morobe yaylağının tənha kəndlərinə üz tuturlar. Burada yerlilər ölülərini mumiyalayıb onlarla birgə yaşayırlar.

Son.az axar.az-a istinadən xəbər verir ki, 200 ildir bu formada mumiyalama prosesi tətbiq olunur.

Papua-Yeni Qvineya dövləti 1975-ci ildə müstəqilliyini qazandıqdan sonra bu ənənə bütün ölkədə qadağan olunub. Mumiyalama prosesi əsasən ən cəsur döyüşçülər üçün edilirdi. Onlar öldükləri zaman qanları qurudulur və orqanları çıxarılırdı. Ətin çürüməsinin qarşısını almaq və böcəklərə qarşı qoruyucu təbəqə hazırlamaq üçün bütün cəsəd palçıq və qırmızı gillə örtülürdü.

Bir çox mənbələrdə iddia olunur ki, yerlilər ölülərin bədənlərindən yağı və mayeni çəkir, yağdan yemək hazırlamaq, mayedən isə yuyunmaq üçün istifadə edirdilər.