Bu yollarda sıxlıq var


Digərləri 23 Sen 2021 09:24:00 105 0

Bu yollarda sıxlıq var

Bakı Nəqliyyat Agentliyi səhər saatlarında sıxlıq olan yolların siyahısını açıqlayıb.

Son.az bildirir ki, Agentlikdə verilən məlumatda bildirilir ki, hazırda paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var.

Həmçinin Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti - Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.