Xroniki hepatit


Digərləri 23 Sen 2021 08:41:00 63 0

Xroniki hepatit

Xroniki hepatit qaraciyərin müxtəlif səbəblərlə törənən müxtəlif dərəcəli ifadə olunmuş hüceyrə nekrozu və iltihabı ilə xarakterizə olunan nəzərə çarpan yaxşılaşma olmadan ən azı altı ay davam edən xəstəlikdir. Virus etiologiyalı hepatitlər kifayət qədər geniş yayılmış və yaşlı əhalinin 5 % ni tutur.Autoimmun hepatitlərlə başlıca olaraq qadınlar xəstələnir. TƏSNİFATI:

Hepatitlər aşağıdakı səbəblərdən əmələ gəlir: 1. Virus əleyhinə antitellərin əmələ gəlməməsi 2. T-limfositlərin sağlam hepositlərin yoluxmasının qarşısını almaması 3. İrsi genetik meyllilik 4. Yoluxmuş hepatositlərin T-hüceyrələr və antitellərə parçalanması 5. Hepatositlərin destruktiv dəyişiklikləriu və nevrozu 6. Öd keçəçəklərinin nekrozu 7. Portal traktların histiolimfositar infiltrasitası və fibroz. Xroniki hepatitlərin təsnifatında alkoqollu hepatitlərin olmaması bəzi alimlərin xroniki alkoqollu hepatitin qaraciyərin alkoqol xəstəliyinə aid etməsi və onu digər xroniki hepatitlər arasında müzakirə etmələri ilə şərtlənir. Xroniki virus hepatitinə etiologiya, patogenez, xəstəliyin gedişi müalicə və yanaşma tərzinə görə bir-birindən fərqlənən 3 xəstəlik daxildir. Xroniki B Hepatiti - xəstəliyin kəskin formasını keçirmiş xəstələrin 5-10% də baş verir. Çox vaxt xəstəliyin xronikləşməsi hepatitin latent və yüngül formalarından sonra başlayır ki, bu da onların vaxtında diaqnozlaşdırılmaması və yaxşı müalicə olmaması ilə bağlıdır. Xroniki C Hepatiti - başlıca olaraq böyüklərdə aşkar edilir. Xronikləşmə kəskin C hepatiti keçirmiş xəstələrin 50-90%-də müşahidə edilir. Xroniki C hepatiti başlıca olaraq xroniki alkoqolizmli xəstələrdə inkişaf edir. Xroniki D Hepatiti - hepatit B virusunun xronik daşıyıcılarında superinfeksiya şəklində gedən kəskin virusun D hepatitinin nəticəsi kimi əmələ gəlir. Qarışıq virus etiologiyalı xronik hepatit - xəstənin eyni zamanda bir neçə hepatit virusları ilə yoluxması aşkar olunarsa bu qarışıq virus etiologiyalı hepatitdir. Autoimmun hepatit - autoimmun hepatitə birincili olaraq irsi immun pozğunluqlarla şərtlənən hepatitlər kimi baxırlar. Bu xəstəliyin əmələ gəlməsində hepatit A, B, C, D, E virusları, həmçicinin birinci tip sadə herpes virusu rol oynayır. Dərman hepatiti - çox vaxt antibiotiklə (tetrasiklin, levomisetin, gentamitsin, eritromitsin və s.) və digər antibakterial vasitələr, ürək damar müalicəsi üçün istifadə olunan dərmanlar, yodlu kontrast maddələr və s. törədə bilir. Dərman hepatitinin qaraciyər parenximasının nekrozu ilə keçən xüsusi ağır forması vardır ki, bunları da metil-dopa, izoniazid, paracetamol, metotreksat, ftoratan və digər preparatlar törədə bilir. Risk amilləri: Hepatit virusu ilə yoluxmanın risk amillərinə inyeksion narkomaniya, qan və onun komponentlərinin köçürülməsi, stomatoloji manipulyasiyalar və operativ mudaxilə, kəskin virus hepatitli xəstələrlə kontakt, dəriyə taturovka edilməsi, nizamsiz seksual kontaktlar və s. aiddir. Patogenez.

Qaraciyərin virus zədələnmələrinin patogenezində hüceyrə immuniteti aparıcı rol oynayır. Hepatositlərin zədələnməsi autoimmun reaksiya nəticəsində inkişaf edir. Hepatit virusu ilə yoluxma hec də həmişə xroniki xəstəliyin inkişafına səbəb olmur. Kliniki şəkli:

Xroniki virus hepatit fasiləsiz residivləşən gedişə malik ola bilər.Bu zaman remissiyanın müddəti çox qisadır.Xroniki B hepatiti azsimptomlu gedişə malikdir. Diaqnoz:

Xəstəliyin diaqnozunda histoloji müayinə, qanda biliruinin konsentrasiyasının, aminotransferazaların, qluamiltranspeptidazanın miqdarı böyük rol oynayır. Müalicəsi : onun etiologiyasından, virusun inkişaf fazasından, superinfeksiyanın olub olmamasından asılıdır. Müalicənin əsasını virus əleyhinə etiotrop terapiya təşkil edir.

Xəzərdə yeni neftqaz yataqlarının axtarışlarına başlanılacaq like
  • 23 Sen 08:38  
Digərləri Xəzərdə yeni neftqaz yataqlarının axtarışlarına başlanılacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin qərbindəki Xəzər dən

arrow Ətraflı
Şirələrin orqanizmə faydaları like
  • 23 Sen 08:35  
Digərləri Şirələrin orqanizmə faydaları

Şirə qidalandırlıcı və vitaminlərlə zəngin bir içkidir. Şirə meyvə,

arrow Ətraflı
Britaniya karbon qazı çatışmazlığı ilə üzləşib like
  • 23 Sen 08:33  
Dünya Britaniya karbon qazı çatışmazlığı ilə üzləşib

Böyük Britaniya səhiyyədən qida istehsalına qədər olan sahələri təhdi

arrow Ətraflı
Rusiya oktyabrdan bəzi ölkələrlə hava əlaqəsini like
  • 23 Sen 08:32  
Dünya Rusiya oktyabrdan bəzi ölkələrlə hava əlaqəsini

Rusiya oktyabrın 5-dən etibarən Cibuti, Danimarka, Yeni Zelandiya, Cənubi Af

arrow Ətraflı
Qaraciyərin bədxassəli şişi like
  • 23 Sen 08:31  
Digərləri Qaraciyərin bədxassəli şişi

Qaraciyərin bədxassəli şişi adətən qaraciyərin sirroz xəstəliyinin və

arrow Ətraflı
Ağciyərləri təmizləyən qidalar like
  • 23 Sen 08:25  
Digərləri Ağciyərləri təmizləyən qidalar

Siqaret çəkənlər mütləq oxumalıdırlar! Siqaret çəkən adamlar öz orqa

arrow Ətraflı
ÜST yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə like
  • 23 Sen 08:23  
Dünya ÜST yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Uşaq Fondu

arrow Ətraflı
Türkiyənin yeni PUAsı  Bayraktar TB3” like
  • 23 Sen 08:22  
Digərləri Türkiyənin yeni PUAsı Bayraktar TB3”

Türkiyənin yeni pilotsuz uçuş aparatı "Bayraktar TB3" 2022-ci ild

arrow Ətraflı
Sarı xanıməli bitkisinin faydaları like
  • 23 Sen 08:21  
Digərləri Sarı xanıməli bitkisinin faydaları

Sarı xanıməli boyu 2 metrə qədər qalxan, uzunsov, yumurta formasında yarp

arrow Ətraflı
Almaniyadan deportasiya edilən Röya Rəfili like
  • 23 Sen 08:18  
Digərləri Almaniyadan deportasiya edilən Röya Rəfili

Xəbər verdiyimiz kimi, jurnalist Röya Rəfili üç övladı ilə birlikdə Al

arrow Ətraflı
Tənəffüs sistemi nədir? like
  • 23 Sen 08:15  
Digərləri Tənəffüs sistemi nədir?

Tənəffüs sistemi orqanzmin tənəffüs sistemində inkişaf etdiyi orqanlar s

arrow Ətraflı
Britaniyada koronavirusdan daha 166 nəfər ölüb like
  • 23 Sen 08:13  
Dünya Britaniyada koronavirusdan daha 166 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 34 460 yoluxma halı qey

arrow Ətraflı
ABŞ və İsrail gizli şəkildə İranla bağlı "B planı"nı müzakirə edib like
  • 23 Sen 08:12  
Dünya ABŞ və İsrail gizli şəkildə İranla bağlı "B planı"nı müzakirə edib

ABŞ və İsrail keçən həftə gizli şəkildə görüş keçiriblər.

arrow Ətraflı
Daxili qanaxmanın səbəbləri like
  • 23 Sen 08:11  
Digərləri Daxili qanaxmanın səbəbləri

Təbii bir boşluq olan daxili orqanlara qan axması və ya əzələarası boşl

arrow Ətraflı
İrandan Azərbaycana kartof idxalına like
  • 23 Sen 08:08  
Digərləri İrandan Azərbaycana kartof idxalına

İrandan "Afshin Ghoje Biglo Agha Mohammad Biglo" və "Saleh Ehsa

arrow Ətraflı