Xəzərdə yeni neftqaz yataqlarının axtarışlarına başlanılacaq


Digərləri 23 Sen 2021 08:38:00 108 0

Xəzərdə yeni neftqaz yataqlarının axtarışlarına başlanılacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin qərbindəki Xəzər dənizi sahilində yerləşən Manqıstau bölgəsində yeni neft və qaz yataqları axtarmağa başlayacaqlarını açıqlayıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Prezident Manqıstau vilayətinin mərkəzi olan Aktau şəhərinə səfəri zamanı dilə gətirib.

O, keçirdiyi iclasda zəngin neft və qaz qaynaqlarına malik vilayətin sosial-iqtisadi inkişafını dəyərləndirib.

Dövlət başçısı qeyd edib ki, bölgədə 2030-cu ilə qədər neft yataqları tədricən tükənəcək və istehsal azalacaq:

"Geoloji kəşf istiqamətində investisiyalar artacaq və yeni qazma işləri sürətlənəcək. İl sonunda qurulacaq Milli Geoloji Xidmət bu sahəni öhdəsinə götürəcək".