ÜST yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə


Dünya 23 Sen 2021 08:23:00 100 0

ÜST yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasında Yoluxucu olmayan xəstəliklərə qarşı mübarizəni sürətləndirmək və insanların psixi sağlamlığını yaxşılaşdırmaq fondu yaradılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adan Qebreyesus BMT-də keçirilən iclasda çıxışı zamanı deyib.

O deyib: "Müvafiq vəsait ayrılmadan yoluxucu olmayan xəstəliklərə qarşı mübarizəni genişləndirmək mümkün deyil".

ÜST rəhbərinin sözlərinə əsasən, dünya ölkələri yoluxucu olmayan xəstəliklərin qarşısının alınması və nəzarət edilməsi, insanların psixi sağlamlığının yaxşılaşdırılması üçün "dövlətlər səviyyəsində vəsait ayrılması artırılmalıdır".