Braziliya prezidenti karantinə alınıb


Dünya 23 Sen 2021 08:02:00 175 0

Braziliya prezidenti karantinə alınıb

Braziliya prezidenti Jair Bolsonaru karantinə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, buna səbəb BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a gələn braziliyalı heyət arasında ölkənin səhiyyə naziri Marselo Keyroqanın koronavirusa yoluxması olub.

Bundan sonra heyətin digər üzvləri ilə birgə prezident Bolsonaru da təcrid edilib. Həmin heyətin 5 gün karantində qalacağı və həftə sonu yeni COVID-19 testi verəcəyi açıqlanıb.