“Onların hamısı haramzadədir“


Şou-biznes 23 Sen 2021 05:33:00 122 0

“Onların hamısı haramzadədir“

"Saxta pasport alanların hamısı haramzadədir".

Son.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev bildirib.

Sənətçi qeyd edib ki, özünə peyvənd vurdurub, başqalarını da vaksinasiyadan yayınmamağa çağırıb: 

"Pul verib saxta pasport alanlar hamısı yanlış fikirdədilər. Hamımız bilirik ki, bütün dünyanı cənginə alan bir virusla üz-üzəyik. Zaman-zaman belə xəstəliklər dünyada olub və ona çarə tapıblar. İndi də koronavirus var, ona qarşı da alimlər, müdriklər bir araya gələrək vaksin hazırlayıblar. Vaksin elə bir şeydir ki, insan bədənində həm immunitet yaradır, həm də xəstəliyin başqalarına keçməsinə imkan vermir. Buna görə də, vaksinasiya hər kəs üçün vacib məsələdir. Ola bilər ki, məni də bu sözümə görə tənqid atəşinə tutsunlar ki, özün peyvənd vurdurmusan? Bəli, vurduran ilk şəxslərdən biri oldum".

O, insanların vaksini vurdurma qorxusunun yanlış olduğunu deyib və öz təcrübəsini bölüşüb:

"Bəzən insanlar qorxurlar, amma qorxulası heç nə yoxdur. Düzdür, əks təsirlər məndə də oldu. Bunları da deməklə, səmimi olmaq lazımdır. Vaksini vurdurandan sonra kürəyimdə ağrılar oldu. Ağrı başlayanda krem çəkdim, massaj etdirdim, banka qoydurdum. Belə hal yaşananda gərək tez üstünə düşəsən ki, damarlar yumşalsın, əks halda, ürəyə müəyyən təsiri ola bilər.