Avropada hava əvvəlki kimi təmizlik standartlarından uzaqdır


Dünya 22 Sen 2021 23:50:00 168 0

Avropada hava əvvəlki kimi təmizlik standartlarından uzaqdır

Avropanın çox hissəsində hava əvvəlki kimi çirklidir.

Son.az bildirir ki, AZƏRTAC Avropa İttifaqının Ekologiya Agentliyinin (EEA) bu gün elan etdiyi məlumata istinadla xəbər verir ki, Avropa ölkələrinin əksəriyyətində, xüsusən paytaxt şəhərlərində havanı çirkləndiricilərin qatılıq dərəcəsi hələ də çox yüksəkdir.

Agentlik Avropa İttifaqının üzvü olan ölkələrin hökumətlərinə xəbərdarlıq edib ki, havanın çirkləndirilməsi sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Havanın çirklənməsi ürək-damar və ağciyər xəstəliklərinə səbəb olur, bu isə vaxtsız ölümə gətirib çıxara bilər.

Maraqlıdır ki, 2020-ci ildə Avropada havanın keyfiyyəti yaxşılaşmışdı. Bu onunla bağlı idi ki, pandemiya dövründə zərərli istehsalatların çoxu bağlanmışdı. Pandemiya amili və əlverişli hava şəraiti tullantıların azalması ilə nəticələnmişdi. Lakin EEA xəbərdarlıq edir ki, havanın xırda toz və yerətrafı ozon ilə çirklənməsi avropalıların sağlamlığı üçün ciddi risk olaraq qalır.