Kovidin müalicəsində həkim və xəstələrin yol verdiyi səhvlər Antibiotik, Favipiravir...


Digərləri 22 Sen 2021 22:35:00 231 0

Kovidin müalicəsində həkim və xəstələrin yol verdiyi səhvlər  Antibiotik, Favipiravir...

Koviddən müalicə çox zaman fayda əvəzinə xəstəyə zərər verir. Amma xilas olmaq istəyən insan həkim və sağalanların dediyi hər şeyi etməyə hazırdır. Kovidin yayılmasından 2 il keçir, hələ də dəqiq və etibarlı müalicə sxemi yoxdur.

Son.az xəbər verir ki, rusiyalı otorinolarinqoloq Aleksandr Melnikov nəinki xəstələrin, hətta həkimlərin də müalicədə yol verdiyi səhvləri açıqlayıb.

"Təəssüf ki, həm ÜST-ün, həm də hər ölkənin Səhiyyə Nazirliyinin təyin etdiyi müalicə tövsiyələrinə demək olar ki, tam əməl olunmur və ya əlavələr edilir. Hələ də, ən ciddi problem nəzarət olunmayan və səbəbsiz, izahsız geniş spektrli və stasionarlarda xəstələrə köçürülən antibiotiklərin 90% kovid xəstələrinə təyinidir.

İkinci yerdə xəstəyə test cavabı çıxandan sonra özünü sübut etməmiş antiviral virus əleyhinə bir iki yeni dərmanın təyinidir. Buna Favipiravir, Arbidol və s. aiddir. Dəfələrlə bildirmişik, əlimizdə dünyanın heç bir yerində koronavirusa qarşı sübutlu effektiv antiviral yoxdur.

Üçüncü prpblem qan analizlərində cüzi dəyişikliyi görüb və ya analizsiz qandurulaşdırıcı antikoaqulyantların təyinidir.

Etiraf edirəm ki, həkimlər antibiotiklərə aludə olublar, onları böyük nəhəng miqdarda təyin edirlər.

Elə pasiyentlərim olub ki, 1 həftə ərzində 3 adda müxtəlif antibiotikləri içib.