Hər səhər limonlu su içdikdə nə olur?


Digərləri 22 Sen 2021 21:40:00 169 0

Hər səhər limonlu su içdikdə nə olur?

Səhər oyanan kimi azca limon sıxılmış ilıq təmiz su içmək faydalıdır. Orqanizm gecə də işləyir və qaraciyər bir çox energetik prosesləri tənzimləyir. Səhərə bədən susuzlaşır, faydalı maddələr azalır. Ona görə səhər tezdən orqanizmə su və mineral vermək lazımdır.

Son.az səhərlər limonlu suyun faydalarını təqdim edir:

1. İmmun sistemi gücləndirir

Limonda C vitamini çoxdur. Yarım limonun suyu sutkalıq C vitamini dozasının 30%-ni verir. Bu vitamin isə ürək damar xəstəlikləri,qan laxtalanmasına qarşıdır. İmmunitet vitaminidir.

2. Günə başlamaq üçün mineral enerjisi verir

Limonda kaliy və B 6 vitamini də var. Kaliy bədəndə su maye mübadiləsini tənzimləyir, sinir hüceyrələnin əzələyə impuls ötürməsinə yardım edir. Qan təzyiqini normallaşdırır. Ona görə səhər limonlu su əzələləri aktivləşdirir, ödemi, şişi götürür, təzyiqi salır.

3. Mikrobları yuyur

Səhərlər ağızdan pis qoxu gəlməsi milyonlarla bakteriya deməkdir. Gecə yuxuda onlar çoxalır. SƏhər ağız boşluğuna birinci limonlu su keçməsi, mikrobları öldürür.