"Milyonçu" şousunun musiqisinin müəllifi vəfat etdi


Dünya 22 Sen 2021 19:42:00 356 0

"Milyonçu" şousunun musiqisinin müəllifi vəfat etdi

"Kim milyonçu olmaq istəyir?" şousunun musiqisinin müəllifi, britaniyalı bəstəkar Mettyu Strekan vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, 50 yaşlı bəstəkar evində ölü tapılıb.

Strekan "Kim milyonçu olmaq istəyir?" şousuna yazdığı saundtrəkə görə, Amerika Bəstəkarlar və müəlliflər Cəmiyyətinin mükafatını qazanıb.