Məktəb yoldaşlarından şəhid övladına sürpriz


Digərləri 22 Sen 2021 18:54:00 154 0

Məktəb yoldaşlarından şəhid övladına sürpriz

Şəhid Elsevər Paşayevin qızı Nəzrin bu gün məktəbə gedərkən sinif yoldaşlarının sürprizi ilə qarşılaşıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sinif yoldaşları Nəzrinin yaşadığı binanın qarşısına gələrək, onun əlindən tutub məktəbə aparıblar. Müşfiqabad qəsəbəsində yerləşən məktəbin həyətinə şəhidin heykəli qoyulub.

Qeyd edək ki, Elsəvər Paşayev Cəbrayıl uğrunda gedən döyüşlərdə oktyabrın 25-də şəhid olub. O, özü də Cəbrayılda doğulub.