Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb


Digərləri 22 Sen 2021 18:30:00 106 0

Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini ötüb

Rusiyada son sutka ərzində daha 19 706 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 333 557 nəfərə çatıb.

Son sutka ərzində ölkədə 817 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada COVID-19-dan ölənlərin sayı 200 625 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.