Azad olunan torpaqlarda əhalinin məskunlaşması əmlak bazarına necə təsir edəcək?


Digərləri 22 Sen 2021 18:18:00 135 0

Azad olunan torpaqlarda əhalinin məskunlaşması əmlak bazarına necə təsir edəcək?

Azad olunan torpaqlarda əhalinin məskunlaşması tikinti bazarına təsir edəcək.

Bunu Trend-ə MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

"Azad olunan torpaqlarda əhalinin məskunlaşması əmlak və tikinti bazarına təsir edə bilər. Tikinti nə qədər çox olacaqsa, materialların qiymətində artım olacaq və ümumi əmlak bazarına təsir edəcək:

"Qısa müddət ərzində azad olunan torpaqlara köç kütləvi olarsa, iri şəhərlərin torpaq, mənzil yaşayış bazarında qiymətlərin qismən ucuzlaşması qaçınılmaz olacaq. Əgər əhali həmin ərazilərə hissə-hissə köçürülərsə, bu qiymətlərə çox da təsir etməyəcək".