Türkiyəli hərbçilər “Sarsılmaz qardaşlıq2021” təlimi üçün Azərbaycana gəldi FOTO


Siyasət 22 Sen 2021 17:58:00 111 0

Türkiyəli hərbçilər “Sarsılmaz qardaşlıq2021” təlimi üçün Azərbaycana gəldi  FOTO

Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021" təlimində iştirak edəcək hərbçilərinin yolasalınma mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində bildirib.

Qeyd olunub ki, hərbçilər Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salınıb.

Türkiyəli hərbçiləri Türkiyə-Azərbaycan sərhədində Araz çayı üzərindəki "Ümid" körpüsündə Azərbaycan hərbçiləri qarşılayıb.