Katib Məmmədova 10 il cəza verildi


Digərləri 22 Sen 2021 17:30:00 136 0

Katib Məmmədova 10 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alan və vəzifə saxtakarlığında ittiham edilən Katib Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Məmmədov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, K.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri olarkən vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində alıb.